Rusiyanın Sverdlovsk vilayətində ölümlə nəticələnən yanğın olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Berezovski şəhər rayonunun Monetnı kəndində baş verib. Nəticədə 58 və 44 yaşlı iki kişi, 55 yaşlı qadın və 8 yaşlı oğlan həlak olub.
Sosial şəbəkələrdə uşağın nənə və babasına baş çəkdiyini yazıblar. Məlumata görə, dünən uşağın ad günü qeyd edilib.
Gecə baş verən yanğında 164 kvadratmetr fərdi yaşayış evləri və tikililər yanıb.