Bir günə Şəmkirdə 2 maşın oğurladı
30 iyun 2023 17:27 (UTC +04:00)

Bir günə Şəmkirdə 2 maşın oğurladı

0

Şəmkirdə avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyunun 29-da Şəmkir rayonunun Könüllü kəndi ərazisindən “VAZ-21063” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini Y.Cəfərov saxlanılıb. Araşdırmalarla onun həmin gün Düzqışlaq kəndi ərazisindən“VAZ-21074” markalı daha bir avtomobili qaçırması da müəyyən olunub.

Polis əməkdaşları tərəfindən avtomobillər Qaracəmirli kəndi ərazisində tapılıb. Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1706

Oxşar yazılar