Ötən gün ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,3 kiloqramdan artıq heroin, 18 kiloqramdan çox marixuana, həmçinin 222 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.