Rusiyanın Novosibirsk şəhərində 13 yaşlı qız səkkizinci mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə şəhərin Rossiyskaya küçəsindəki yaşayış binalarının həyətində baş verib. Qızı hündürmərtəbəli binanın pəncərələrinin altından keçənlər görüb. Atası qızın yanında dayanıb və təcili yardım çağırıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, məktəbli qız səkkizinci mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb, həkimlərin gəlməsini təxminən 40 dəqiqə gözləyiblər. Zərərçəkmiş çoxsaylı sınıqlar və ağır bədən xəsarətləri alıb.
Qız xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.