Biləsuvarda kişi bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Şəhər sakini, 45 yaşlı Telman Adıgözəl oğlu Ağayev ehtiyatsızlıqdan qrunt suları üçün nəzərdə tutulan su kollektoruna düşüb. O, kollektorda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.