Biləsuvarda "Jiquli" qadını vurub öldürdü
15 iyul 2023 18:36 (UTC +04:00)

Biləsuvarda "Jiquli" qadını vurub öldürdü

0

Biləsuvarda avtomobil piyadanı vurub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə iyulun 14-də saat 13 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində baş verib.

Rayon sakini M.Şammədov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən kənd sakini L.Əliyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Biləsuvar rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2053

Oxşar yazılar