Xəbərə video əlavə olunub.
***
07.47
Bolqarçayın İranla sərhəddə qismən daşması nəticəsində arıçılıq təsərrüfatlarına ziyan dəyib.
Bu barədə APA-nın Cənub bürosu xəbər verib.
***
07.02
Görülən tədbirlər nəticəsində Bolqarçayda sel təhlükəsi qismən səngiyib. 3 kənddən təxliyə olunan sakinlər evlərinə geri qaytarılır. Sel təhlükəsinin tam qarşısını almaq üçün İranla sərhəddə ağır texnikalar işləyir.
Bu barədə APA-nın Cənub bürosuna FHN-in Muğan regional mərkəzinin xüsusi xilasetmə hissəsinin rəisi Fərabi Əmrahov bildirib.
***
06.35
Biləsuvarda sel təhlükəsi ilə bağlı Muğankənd və Amankənd sakinləri də təxliyə olunub.
APA-nın Cənub bürosu xəbər verir ki, əraziyə FHN-in Muğan regional mərkəzin əməkdaşları, eləcə də FHN Muğan və Lənkəran hərbi hissələrinin əsgərləri cəlb olunub. Kəndlərə giriş-çıxışlar nəzarətə götürülüb. Sel təhlükəsi aradan qalxana kimi qurum nümayəndələri ərazidə xidmət aparacaq.
***
05.50
Cəlilabad-Biləsuvar yolu boyunca arxlar, kanalların yanına texnikalar və canlı qüvvə cəlb olunub.
Bu barədə APA-nın Cənub bürosu xəbər verib.
***
05.08
İranla sərhəddə Bolqarçaya sel gəlməsi ilə bağlı həyəcan siqnalı verilib. APA xəbər verir ki, Biləsuvar və Cəlilabad rayonlarında ağır texnikalar hazır vəziyyətə gətirilib.
***
04.45
Biləsuvara sel gəlib. Bir kəndin sakinlərini köçürüblər.
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, İranla sərhəddən keçən Bolqarçaya sel gəlib. Çay ətrafında olan kəndlər üçün təhlükə yaranıb. Yuxarı Ağalı kəndini əhalisi təxliyə olunub.