Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.
Piyada, Biləsuvar şəhər sakini, 49 yaşlı Malik Qardaşəli oğlu Qasımovu “VAZ-2106” markalı avtomobil vurub. Piyada hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.