Bıçaqlanan Bakı sakini reanimasiyya yerləşdirildi
06 noyabr 2023 06:03 (UTC +04:00)

Bıçaqlanan Bakı sakini reanimasiyya yerləşdirildi

Bakının Yasamal rayonunda dava zamanı kişi bıçaqlanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Alatava yaşayış sahəsində qeydə alınıb.

Belə ki, 47 yaşlı Babaverdiyev Kənan Ağaverdi oğlu tanımadığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı o, bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3446

Oxşar yazılar