Beyləqanda 24 yaşlı kişi özünü asaraq intihar edib. Hadisə rayonun Şərq qəsəbəsində qeydə alınıb.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, qəsəbə sakini, 1998-ci il təvəllüdlü Məmmədov Elxan Mehman oğlu yaşadığı evin tövləsində özünü asaraq intihar edb.
Faktla bağlı araşdırma başlanıb.