Bərdədə "Mercedes" aşdı, ölən var
27 iyun 2023 15:17 (UTC +04:00)

Bərdədə "Mercedes" aşdı, ölən var

0

Bərdədə ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə iyunun 26-da saat 20 radələrində Bərdə rayonunun Mehdili kəndi ərazisində baş verib. Bəcirəvan kənd sakini Q.Səfərov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarına aşırıb.

Nəticədə sərnişinlərdən G.Qarayeva hadisə yerində ölüb, sürücü və digər iki sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2136

Oxşar yazılar