Bərdə rayonunda 1 tondan çox çətənə bitkisi yandırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Daşaltı kəndi ərazisində yabanı halda bitən, çəkisi 1 ton 300 kiloqram olan 2168 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Məsələ ilə bağlı araşdırılma aparılır.