Bir neçə gün əvvəl İsmayıl Qəhrəmanovun məhkəmədən sərbəst buraxıldığı lakin polislər tərəfindən yenidən saxlanılması barədə xəbər vermişdik.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Binəqədi, Xətai, Nizami rayonlarında çoxsaylı oğurluq əməllərində şübhəli bilinən 27 yaşlı, əvvəllər dəfələrlə məhkum olunan İsmayıl Qəhrəmanov barəsində məhkəmə qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçilib.
Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs barəsində cinayət işinin istintaqı Bakı şəhər Baş Polis İdarəsində aparılır.