Dekabrın 9-da səhər saatlarında metronun “28 May” stansiyasında dünyasını dəyişən Bakı Dövlət Universitetinin müəllimi Əhməd Babayev olub.
Bu barədə Lent.az-a universitetdən məlumat verilib. Bildirilib ki, ki, 72 yaşlı müəllimin qəfildən halı pisləşib və vəfat edib.
Əhməd Babayev
Qeyd edək ki, Əhməd Babayev universitetin Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi olub.
***
09:18
Bakı metrosunda sərnişin dünyasını dəyişib.
Bu barədə Lent.az-a "Bakı Metropoliteni"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hadisə səhər saat 8:10-da baş verib: "Sərnişin qatarda özünü pis hiss edib, "28 may" stansiyasında platformaya düşərkən artıq özündə olmayıb. Dərhal təcili tibbi yardım çağırılıb və hadisə yerinə gələn həkim ölüm faktını təsdiq edib”.