Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə ötən il dekabrın 31-də paytaxtın Nizami rayonunda qeydə alınıb. Məlumata əsasən, 36 yaşlı Abbasov Vüsal Rauf oğlu sirkə içərək həyatına qəsdə cəhd edib. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, V. Abbasov yanvarın 9-da xəstəxanada dünyasını dəyişib.
Onun hansı səbəbdən həyatına qəsd etməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.