Bayram günü 2 nəfəri öldürənə AĞIR CƏZA   - VİDEO
25 noyabr 2024 10:50 (UTC +04:00)

Bayram günü 2 nəfəri öldürənə AĞIR CƏZA - VİDEO

Bakıda kafedə bayram günü 2 nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib, Arif Bəhərçiyev son söz deyib.

Məhkəmədə müşavirəsindən sonra hökm oxunub. Hökmə əsasən, Arif Bəhərçiyev 20 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Arif Bəhərçiyevin Cinayət Məcəlləsinin 120.1, 120.2.2, 120.2.3 maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Hadisə ötən ilin dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən kafedə baş verib. 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev iaşə obyektlərindən birində aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovu öldürməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərəçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3172

Oxşar yazılar

Bakıda usta sexdə öldü

Bakıda usta sexdə öldü

19 iyul 2025 , 18:00
İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO

İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO

19 iyul 2025 , 16:42
Kəlbəcərdə kişi qayadan yıxılıb öldü

Kəlbəcərdə kişi qayadan yıxılıb öldü

19 iyul 2025 , 15:27
Siyəzəndə "Nissan" aşdı, 18 hektar ərazi yandı

Siyəzəndə "Nissan" aşdı, 18 hektar ərazi yandı

19 iyul 2025 , 15:14
Azərbaycanda bu qadın axtarışa verildi - 20 gündür YOXDUR

Azərbaycanda bu qadın axtarışa verildi - 20 gündür YOXDUR

19 iyul 2025 , 14:51
Bakıda qızlar küçədə "saçyoldu"ya çıxdı

Bakıda qızlar küçədə "saçyoldu"ya çıxdı

19 iyul 2025 , 13:37
15 yaşlı qız polis mayorundan hamilə qaldı

15 yaşlı qız polis mayorundan hamilə qaldı

19 iyul 2025 , 13:29
Pirşağıda gənc oğlan dənizdə batdı - YENİLƏNİB

Pirşağıda gənc oğlan dənizdə batdı - YENİLƏNİB

19 iyul 2025 , 11:58