Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, Ağcabədi rayonunun Qaravəlli kənd qəbiristanlığında xuliqanlıq hərəkətləri törədən 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onlardan 3 nəfəri 10 gün müddətinə inzibati qaydada həbs edilib, bir nəfər isə cərimə olunub.