Sankt-Peterburqda gül oğurlayan şəxs cərimələnib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Şuşarıda baş verib. Yerli sakinin özünün dediyinə görə, həmin gün o, barda dincəlirmiş. Birdən o, bardakı bütün qızları şənləndirmək istəyib.
Adamın artıq pulu olmadığı üçün yerli ticarət kompleksindən 14 buket oğurlamaq qərarına gəlib. O, gülləri götürərək qaçıb.
Yarım saat keçməmiş həmin adam qayıdıb daha 16 buket və bir qızılgül oğurlayıb. Bu dəfə isə tutulub.
İlk dəfə oğurlanan bütün çiçəklər həqiqətən də müttəhim tərəfindən küçədə və barda qızlara verilib.
Məhkəmə Sankt-Peterburq sakinini 10 min rubl cərimə ödəməyə məcbur edib.