Bakıda vətəndaşın bank kartından oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, dekabrın 27-də Bakı şəhər sakini Z.Yusifovun bank hesabından 1593 manat pul oğurlanıb.
Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.