Balakəndə fərdi yaşayış evi yanıb.
Lent.az xəbər verir ki, Balakən şəhəri R. Behbudov küçəsində Çingiz Fəxrəddin oğlu Xanlayevə məxsus, ümumi sahəsi 96 kv/m olan birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin iki otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə və dam örtüyünün 20 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi və bitişik tikilən yardımçı tikiliyanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.