Balakəndə "Jiquli" qəza törətdi, sürücü öldü
18 oktyabr 2024 16:42 (UTC +04:00)

Balakəndə "Jiquli" qəza törətdi, sürücü öldü

Balakəndə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə bu gün saat 15 radələrində İtitala kəndində baş verib. “VAZ-2106” markalı avtomobilin sürücüsü 31 yaşlı Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə həmin yolda hərəkətdə olan Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011”lə toqquşub, daha sonra isə divara dəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669
avatar

Oxşar yazılar