Balakəndə FACİƏ: Sürücü  sükan arxasında   öldü
07 noyabr 2023 19:41 (UTC +04:00)

Balakəndə FACİƏ: Sürücü sükan arxasında öldü

Balakəndə sürücü sükan arxasında dünyasını dəyişib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunda, Balakən rayonunun Katex kəndi ərazisində baş verib.

60 yaşlı Vlazim Cahangir oğlu Nəsibov avtomobil idarə edərkən səhhəti qəflətən pisləşib. Sürücü avtomobilin idarəetməsini saxlayaraq sükan arxasından yerə yıxılıb.

V. Nəsibov orada dünyasını dəyişib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9013

Oxşar yazılar