“BakuBus”ın anbarında yanğın - VİDEO
21 iyul 2023 12:45 (UTC +04:00)

“BakuBus”ın anbarında yanğın - VİDEO

0

“BakuBus” MMC-də yanğın baş verib. 

Lent.az xəbər verir ki, yanğının görüntüləri sosial şəbəkələrdə yayılıb. 

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, Zığ şosesi yaxınlığında ümumi sahəsi 2370 kvadratmetr olan avtomobil təmiri mərkəzində sahəsi 168 kv.m olan anbarın yanar konstruksiyaları və içərisində təsərrüfat malları qismən yanıb: “Yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb. Tikilinin böyük hissəsi yanğından mühafizə olunub”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2333

Oxşar yazılar