"Baku Bus"ın avtobusu qəzaya düşdü - FOTO
15 iyun 2023 03:15 (UTC +04:00)

"Baku Bus"ın avtobusu qəzaya düşdü - FOTO

0

Bakının Binəqədi rayonunda avtobusunun iştirakı ilə qəza olub.

Lent.az xəbər verir ki, hadisə Biləcəri dairəsində baş verib.

Hərəkətdə olan 14 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusunun yoluna anidən minik avtomobili çıxıb. Nəticədə minik avtomobili avtobusa çırpılıb.

Hadisə baş verən zaman avtobusda 3 sərnişin  olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb edilib. Yolda hərəkət təmin edilib. 

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayaev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2638

Oxşar yazılar