Səbail rayonu ərazisində yerləşən restoranların birindən 3400 manat dəyərində spirtli içkilərin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən orada işləyən V.Həmidov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.