Bakının mərkəzində uşaq 2 kilodan çox  heroinlə tutuldu
26 iyun 2023 14:56 (UTC +04:00)

Bakının mərkəzində uşaq 2 kilodan çox heroinlə tutuldu

0

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanlıb.

Lent.az xəbər verir ki, Nəsimi rayon polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə əməliyyat keçirilib. Nəticədə Nağızadə Oqtay Zaur oğlu tanışı yetkinlik yaşına çatmayan Y. Nəcəfzadə ilə birlikdə iyunun 24-ü saat 19 radələrində Mərdanov Qardaşları küçəsində saxlanılaraq rayon Polis İdarəsinə gətirilib. Orada üzərlərində şəxsi axtarış keçirilən zaman 2010,3 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər barəsində cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2473

Oxşar yazılar