Bakıda oyun zalı qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayonu ərazisindəki oyun zallarının birindən kondisionerin 1200 manat dəyərində mühərrikini oğurlanıb.
Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Məmmədov və A.Hüseynov saxlanılıblar.
Araşdırma aparılır.