Bakının mərkəzində "NAZ lifan" qaçırıldı
28 dekabr 2020 12:36 (UTC +04:00)

Bakının mərkəzində "NAZ lifan" qaçırıldı

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, dekabrın 26-da Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini X.Ramazanov cari il sentyabrın 10-dan dekabrın 25-dək olan müddətdə Ə.Rəcəbli küçəsi “Naz-Lifan” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri X.Hüseynov və C.Cabbarov dekabrın 26-da saat 18 radələrində avtomobillə birlikdə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1503
avatar

Mehman Nəbiyev

Oxşar yazılar