Bakının mərkəzində 4 maşın  toqquşdu, bir qadın... - FOTO
16 noyabr 2023 01:30 (UTC +04:00)

Bakının mərkəzində 4 maşın toqquşdu, bir qadın... - FOTO

0

Bakının Səbail rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Lent.az xəbər verir ki, qəza Neftçilər prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Geely” markalı minik avtomobilinin sürücüsü maşını digər hərəkətsiz dayanan üç nəqliyyat vasitəsinə çırpıb.

Qəzada “Toyota Prius”, "Ravon R4" və “LEVC TX” modelli “London taksi”sinə ziyan dəyib.

“Geely” markalı minik avtomobilində olan qadın sərnişin xəsarət alıb. Yaralı əraziyə çağrılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Qəza səbəbindən prospektdə tıxac yaranıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Yolda hərəkət təmin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5478

Oxşar yazılar