Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Lent.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Bakının Nərimanov Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov tutduğu vəzifədən azad edilərək Xətai Rayon Polis İdarəsinin rəisi, Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov isə vəzifəsindən azad edilərək Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.