Bakının əsas prospektində  çuxur   yarandı, maşınlara  ziyan dəydi
13 dekabr 2023 00:42 (UTC +04:00)

Bakının əsas prospektində çuxur yarandı, maşınlara ziyan dəydi

Bakınln Yasamal rayonunda yol ötürücüsündə çuxur yaranıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospektinə keçid hissəsində qeydə alınıb.

Yol ötürücüsündə uzunmüddətli yağıntılardan sonra çuxur yaranıb. Həmin hissədən yüksək sürətlə keçən avtomobillərin təkərlərinə ciddi ziyan dəyib. Ümumilikdə 4 avtomobilə ciddi ziyan dəydiyindən həmin sürücülər polisə məlumat verib. 

Digər maşınlara zərər dəyməsin deyə onlar yüksək sürətli şosedə dayanaraq sürücüləri digər zolağa yönləndiriblər. Hazırda ərazidə sıxlıq yaranıb.

"Qələbə" dairəsindən Koroğlu istiqamətinə hərəkət edən sürücülərin diqqətli olması tövsiyə edilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5277
avatar

Oxşar yazılar