Bakıda yük maşını vurmuşdu: 27 gün sonra öldü
14 oktyabr 2024 09:48 (UTC +04:00)

Bakıda yük maşını vurmuşdu: 27 gün sonra öldü

Bakıda yük avtomobilinin vurduğu piyada 27 gün sonra dünyasını dəyişib.

Lent.az xəbər verir ki, hadisə sentyabrın 16-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, Ramin Abdullayev idarə etdiyi "KamAZ" markalı yük avtomobili yolu keçən Kəmalə Rəhmanovanı vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, K.Rəhmanova ötən gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531
avatar

Oxşar yazılar