Bakıda ölümlə nəticələnən yanğın hadisəsi olub.
Lent.az FHN-in saytına istinadla bildirir ki, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 62 kvadrat metr olan mənzildə 1 ədəd divan və döşəmə 1 kvadrat metr sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi,
78 yaşlı Məmmədov Qəhrəman Hüseyn oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar təhqiqat aparır.