Bakıda yaşayış binasında YANĞIN  -YENİLƏNİB
05 yanvar 2022 15:32 (UTC +04:00)

Bakıda yaşayış binasında YANĞIN -YENİLƏNİB

0

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Lent.az-ın məlumatına görə, yanğının qarşısı qısa müddət ərzində alınıb, sakinlərin bir qismi təxliyə olunub.

 

***

Saat 15:19

 

Bakıda yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3260

Oxşar yazılar