Bakıda yaşayış binasında  YANĞIN:   10 nəfər sakin...
16 dekabr 2022 21:40 (UTC +04:00)

Bakıda yaşayış binasında YANĞIN: 10 nəfər sakin...

Bakı şəhərinin Binəqədi rayonunda dördmərtəbəli yaşayış binasında yanğın olub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin 1 otağında 2 ədəd kreslo yanıb.

"Yüksək temperaturdan 1 ədəd televizor, 1 ədəd kondisioner, otağın qapı və pəncərə çərçivəsi qismən qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər (onlardan 5-i uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1794
avatar

Oxşar yazılar