Bakıda YANĞIN:  xəsarət alan var
06 yanvar 2022 16:07 (UTC +04:00)

Bakıda YANĞIN: xəsarət alan var

0

Bakıda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-averilən məlumata görə, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 238 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 198 m² sahədə yanıb.

Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 135 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 1 m² sahədə qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Hər iki evin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 28840

Oxşar yazılar