Bakıda oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində yerləşən marketlərin birinin girişindən içərisində 400 manat pul olan xeyriyyə qutusu oğurlanıb.
Bu barədə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Zakir Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.