Bakıda xadimə evdən 40 minə yaxın  pul OĞURLADI
17 fevral 2023 12:48 (UTC +04:00)

Bakıda xadimə evdən 40 minə yaxın pul OĞURLADI

0

Bakının Xətai rayonunun N.Əliyev küçəsindəki mənzillərin birindən 38.750 manat pulun qeyri-aşkar şəritdə oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluğun həmin mənzildə xadimə işləyən Ləman Cahangirova tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Araşdırmalarla xadimənin ötən il dekabrın 28-dən cari il fevralın 14-nə dək olan müddətdə həmin mənzildə ev sahiblərinə məxsus seyfdən, gizli saxlanc yerindən və əl çantasından ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 38.750 manatı gizli yolla talaması müəyyən olunub.

Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb.

L.Cahangirova şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2272

Oxşar yazılar