Bakıda xadimə   evdən 28 minlik  qızıl oğurladı
08 oktyabr 2022 16:40 (UTC +04:00)

Bakıda xadimə evdən 28 minlik qızıl oğurladı

0

Bakıda evdən külli miqarda oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki mənzillərin birindən cari il avqust ayının 20-dən oktyabr ayının 6-dək olan müddətdə 28.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən Salyan rayon sakini İ.Həsənova saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2022

Oxşar yazılar