Bakının Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.
Lent.az FHN-in saytına istinadla bildirir ki, yüksək temperaturdan lambirindən ibarət tavan 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Digər yanğın Beyləqan rayonunun İmamverdili kəndində baş verib. Ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.