Bakıda evdə yanğın olub.
Lent.az FHN-in saytına istinadla xəbər verir ki, Nərimanov rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 15 m² sahədə, dam örtüyü 2 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Astara rayonunda isə ümumi sahəsi 81 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın söndürülüb.