Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 9-da saat 6 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Almaz Abbasova vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə ilə əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Oxşar hadisə Bakının Nərimanov rayonunda da qeydə alınıb.
Ötən gün saat 8 radələrində Təbriz küçəsi ərazisində şəhər sakini M.Ramazanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən şəhər sakini Fatma Delşadı vurub. Nəticədə piyada xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.