Bakıda uşaqlara "oğurluq dərsi"  keçənlər TUTULDU - VİDEO
13 yanvar 2026 13:37 (UTC +04:00)

Bakıda uşaqlara "oğurluq dərsi" keçənlər TUTULDU - VİDEO

0

Bakının mərkəzi küçələrində yetkinlik yaşına çatamayan iki nəfərin insanlara yaxınlaşaraq əl çantaları və qiymətli əşyalarını talamaları barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxslər saxlanılıblar.

Aparılan araşdırmalarla azyaşlıların yaxın qohumları tərəfindən qanunsuz əməllərə sövq edildiyi müəyyən edilib. Tədbirlərin davamı olaraq həmin şəxslər 23 yaşlı İkram Bukavazin və 35 yaşlı Malik Bədirov də müəyyən olunaraq saxlanılıblar. Onların azyaşlıları qeyd olunan qanunsuz əməllərə yönəltdikləri aparılan istintaq hərəkətləri ilə sübuta yetirilib.

Faktla bağlı cinayət işi başlanılıb.İ.Bukavazin və M.Bədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar