Bakıda telefonlar oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 6-da rayon ərazisində bir nəfər şəxsin üzlüyündə 230 manat pulu olan mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Vüqar Abbasov saxlanılıb.
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində bir nəfər şəxsin mobil telefonunu oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.