Bakıda taksi qəza törədib, sərnişin ölüb
05 iyul 2022 04:52 (UTC +04:00)

Bakıda taksi qəza törədib, sərnişin ölüb

Bakının Sabunçu rayonunda yol qəzası zamanı sərnişin ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bilgəh-Maştağa şossesində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Məmmədli Rəsul Əli oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yol kənarında dayanan “Mercedes” markalı maşına çırpılıb.
Qəza zamanı sürücü R.Məmmədlinin ayağı sınıb.

Taksi kimi fəaliyyət göstərən “Toyota Prius” avtomobilində müştəri qismində əyləşən sərnişin 1955-ci il təvəllüdlü Zəkiyeva Firuzə Səbzəli qızı hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.

# 2082
avatar

Oxşar yazılar