Bakıda sığınacağa hücum edilib-VİDEO
06 avqust 2023 17:45 (UTC +04:00)

Bakıda sığınacağa hücum edilib-VİDEO

Bakıda sığınacağa hücum edilib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi bu gün sığınacağa yerləşdirilən uşaqların valideynləri tərəfindən hücuma məruz qalıb.

Kəmalə Ağazadə  qeyd edib ki, bu gün səhər saatlarında diləndirilən 2 azyaşlı sığınacağa yerləşdirilib: "Münaqişə yaradanlar həmin uşaqların valideynləridir. Əslən Ağstafa  rayonundan olan, lakin Yasamal rayonunda müvəqqəti kirayə qalan valideynlər  uşaqları metrolarda diləndirirmiş. Metropoliten işçiləri  Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarına məlumat verən kimi uşaqlar sığınacağa gətirilib. 2 gün öncə də həmin  valideynlər Xətai rayon polis idarəsində saxlanılıb, dindiriliblər. Özünü qazi kimi qələmə verən ata uşağı dilənçiliyə məcbur edirmiş. 12 və 9 yaşında olan əmi qızı və əmi oğlu heç vaxt məktəbə getməyib. Davamlı olaraq diləndiriliblər. Azyaşlıların dediklərinə görə gündəlik qazancları 120 manata qədər olurmuş.  Hazırda hücum edən şəxslər izahat alınması üçün polis idarəsinə aparılıb, uşaqlar isə mərkəzimizdədir”.

 

Həmin görüntüləri təqdim edirik:

Bakıda sığınacağa hücum

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4354

Oxşar yazılar

Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31
Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - YENİLƏNİB

Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - YENİLƏNİB

21 iyun 2025 , 15:52