Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşları mayın 14-də rayon ərazisində əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumnata görə, əməliyyat zamanı Bakı şəhər sakini olan bir qadını döyərək quldurluq yolu ilə ondan pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Bayram Məhiyəddinov müəyyən olunaraq saxlanılıb.
Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.