Bakıda motosiklet oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə mayın 7-ndə Badamdar qəsəbəsindən F.Abdullayevaya məxsus 4500 manat dəyərində “Yamaha” markalı mopedin oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şəmilov və Şərur rayon sakini Emil Babayev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.