Bakıda qaz sızması: Sakinlər küçəyə axışdı  - FOTO
11 yanvar 2023 23:30 (UTC +04:00)

Bakıda qaz sızması: Sakinlər küçəyə axışdı - FOTO

Paytaxtın Nəsimi rayonunda mənzildə qaz sızması olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsindəki 16 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb edilib.

Əraziyə eyni zamanda təcili tibbi yardım briqadaları cəlb edilib.

FHN və polis əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

İlkin məlumata görə, xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2595
avatar

Oxşar yazılar