Bakıda qanunsuz tikilinin qarşısı alındı -  VİDEO
21 iyul 2023 13:21 (UTC +04:00)

Bakıda qanunsuz tikilinin qarşısı alındı - VİDEO

0

Bakıda qanunsuz tikilinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Neftçilər küçəsində vətəndaşa məxsus fərdi yaşayış evinin yenidən qurulması zamanı təsdiq olunmuş layihədən kənara çıxılmaqla mansarda mərtəbəsinin tikintisinin həyata keçirildiyi müəyyən edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədən kənara çıxılmaqla inşa olunan mansarda mərtəbəsinin tikintisi dayandırılıb və mərtəbə sökülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1970

Oxşar yazılar